Ukrayna XİN NATO-nun öz ərazilərindən imtina təklifini qəbuledilməz adlandırıb

16-08-2023, 00:16           
Ukrayna XİN NATO-nun öz ərazilərindən imtina təklifini qəbuledilməz adlandırıb
“Ərazilərinin bir hissəsindən imtina etmək müqabilində Ukraynanın NATO-ya daxil olması barədə danışmaq qətiyyən qəbuledilməzdir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

“Həmişə güman edilirdi ki, Alyans Ukrayna kimi əraziləri alver etmir. NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəvayətin formalaşmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın xeyrinə işləyir”, - deyə o bildirib.

Nikolenko qeyd edib ki, Avro-Atlantik təhlükəsizlik naminə Ukraynanın qələbəsini sürətləndirmək və NATO-ya tamhüquqlu üzvlük əldə etmək yollarını müzakirə etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]