Böyük Britaniya səfiri İran XİN-ə çağırılıb

11-12-2022, 09:48           
Böyük Britaniya səfiri İran XİN-ə çağırılıb
Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Böyük Britaniyanın İranın məhkəmə sistemində təmsil olunan şəxslərə qarşı sanksiyaların tətbiqidir.

Tehran həmçinin Britaniya hakimiyyətini İranda terroru və iğtişaşları dəstəkləməkdə ittiham edib.

“London administrasiyasının etirazlarla bağlı tətbiq etdiyi sanksiyalar İranın daxili işlərinə qarışmağa bərabərdir” - İran Xarici İşlər Nazirliyinin yaydığı bəyantda qeyd olunur.

Britaniya səfirinə diqqətinə çatdırılıb ki, İran da öz növbəsində tətbiq olunan sanksiyalara reaksiya vermək hüququna malikdir.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]