Britaniya şahzadəsi xüsusi status alacaq

28-11-2022, 07:50           
Britaniya şahzadəsi xüsusi status alacaq
Şahzadə Şarlotta babası, Böyük Britaniyanın yeni kralı III Çarlzdan xüsusi titul ala bilər.

Məlumata görə, Kral III Çarlz şahzadə Edvardı Edinburq hersoqu təyin etməyib, çünki o, bu titula şahzadə Şarlottanın yiyələnməsini istəyir.

“Müzakirələr gedir, lakin kral üçün bu titulun Şahzadə Şarlottaya verilməsi daha yaxşıdır. Bu, əlbəttə ki, vaxtilə Edinburq hersoginyası titulunu daşıyan mərhum Kraliçanın xatirəsinə və varislik xəttinə hörmət etmək üçün əla bir seçim olardı”, - deyə Kralın yaxın ətrafından jurnalistlərə bildirilib.

Qeyd edək ki, Uels şahzadələri Uilyam və Keytin ikinci övladı olan Şarlotta atası və böyük qardaşı Corcdan sonra taxtda üçüncüdür.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]