ABŞ üçün ən ciddi təhlükə açıqlandı

21-11-2022, 08:42           
ABŞ üçün ən ciddi təhlükə açıqlandı
Artan dövlət borcu ABŞ üçün ciddi təhlükəyə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Tayms" keçmiş hökumət rəsmilərinə istinadən məlumat yayıb.

"Milli təhlükəsizliyimiz üçün ən mühüm təhlükə 21-ci əsrdə artan dövlət borcunun yüküdür. Son iyirmi ildə Vaşinqtonun xərcləri ÜDM-dən daha sürətlə artıb və bu xərclərin böyük hissəsi borclanma hesabına maliyyələşdirilib", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, 2000-ci ildən bəri ABŞ-ın dövlət borcunun ÜDM-də payı iki dəfədən çox - 55%-dən 122%-ə qədər artıb. Proqnozlara görə, demək olar ki, 200%-ə qədər də artacaq:

“İkinci Dünya müharibəsi illərində olduğu kimi, borc yükü ilə yaşayırıq. Oktyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 31 trilyon dolları keçib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]