Kanada Haitiyə 12 milyon ayıracaq

21-11-2022, 08:34           
Kanada Haitiyə 12 milyon ayıracaq
Kanada hökuməti Haitiyə humanitar yardım üçün 16,5 milyon Kanada dolları (12,3 milyon dollar) verəcək.

"Unikal" xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo bu barədə Beynəlxalq Frankofoniya Təşkilatının Cerba şəhərində keçirilən sammitində çıxışı zamanı bildirib .

Onun sözlərinə görə, Kanada Haitiyə lazımi humanitar yardım göstərməkdə davam edəcək. Ayrılan vəsait BMT-nin vəsaitləri vasitəsilə Haitiyə köçürüləcək.

Bundan əlavə, Trüdo bildirib ki, Ottava korrupsiyada şübhəli bildiyi Haitinin keçmiş prezidenti Mişel Martelliyə qarşı sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]