ABŞ-da ilk: süni ətin satışına icazə verildi

20-11-2022, 12:30           
ABŞ-da ilk:
ABŞ-da ilk: süni ətin satışına icazə verildi
2022.11.20 12:24 SOSİAL ABŞ BAZAR SÜNİ ƏT


ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk dəfə kök hüceyrələrindən əldə edilən toyuq ətinin satışına icazə verib.

TEREF.AZ APA-ya istinadən xəbər verir ki, Kaliforniyada “Upside Foods” şirkəti tərəfindən laboratoriya şəraitində süni toyuq əti toyuqlardan alınan canlı hüceyrələrdən əldə olunub.

Bundan sonrakı mərhələdə isə şirkət süni ətlərin istehsal olunacağı mərkəzlərlə əlaqədar da müvafiq lisenziyalar almalıdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Sinqapurda laboratoriyada istehsal edilmiş proteinin satışına icazə verilib və Sinqapur bununla da süni ət satışına icazə verən ilk ölkə olub.

Aparılan tədqiqatlara əsasən, 2030-cu ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq hala gələcək, 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisi 35 faizə çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]