Polşada bomba sığınacaqlarının sayı artırılacaq

20-11-2022, 11:36           
Polşada bomba sığınacaqlarının sayı artırılacaq
Polşa hakimiyyəti mülki şəxslərin müdafiəsi ilə bağlı yeni qanun hazırlayır və ölkədə bomba sığınacaqlarının sayını artırmağı planlaşdırır.

Bu barədə şənbə günü respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib.

“Biz vətəndaşlarımız üçün mümkün zəruri sığınacaq təmin edəcək yerlərin sayını artırmalıyıq. Hazırda sərəncamımızda 62 min sığınacaq var”, - deyə nazir bildirib.

Nazir yeni yaradılacaq sığınacaqların sayını dəqiqləşdirməyib.

O, işlərin dekabrın ortalarında başa çatacağını vurğulayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]