NATO-nun üç gəmisi Baltik dənizinə daxil olub

19-11-2022, 07:53           
NATO-nun üç gəmisi Baltik dənizinə daxil olub
NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - qrupun Canett Moranq deyib.

Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.

Gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada "Ice Winds 22" beynəlxalq dəniz təlimində iştirak edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]