Şotlandiyalı deputat Britaniya parlamentini “dünyanın ən mavi parlamenti” adlandırdı - FOTO

9-11-2022, 12:24           
Şotlandiyalı deputat Britaniya parlamentini “dünyanın ən mavi parlamenti” adlandırdı - FOTO
Şotlandiya Milli Partiyasının (SNP) deputatı Con Nikolson Britaniya parlamentində krallığın gənclərinin nümayəndələri qarşısında çıxış edərək qanunverici orqanının “dünyanın ən mavi parlamentinə” çevrildiyini bəyan edib. Onun sözlərinə görə, bu, xüsusən də qeyri-ənənəvi oriyentasiyaya malik SNP deputatlarının çoxluğu səbəbindən baş verib.

“Mən öz homoseksuallığını açıq şəkildə bəyan edən ilk BBC aparıcısı olmuşam. Bu, cəmiyyətdə əsl dəhşətə səbəb oldu və hadisə bütün tabloidlərin ön səhifələrinə çıxarıldı. İndi mən parlamentdə otururam. Bizim oturacaqlarımızda, yəni Şotlandiya Milli Partiyasının yerlərində o qədər LGBT icmasının üzvü var ki, artıq Vestminster dünyanın ən mavi parlamentinə çevrilib”, - Nikolson bildirib.

Şotlandiyalı deputat vurğulayıb ki, gəncliyində Britaniya parlamentinin başına belə bir hadisənin gələ biləcəyinə inanmazdı.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]