BMT Ukrayna üzrə xüsusi sessiyasını bərpa edəcək

9-11-2022, 08:20           
BMT Ukrayna üzrə xüsusi sessiyasını bərpa edəcək
BMT Baş Assambleyası noyabrın 14-də Ukrayna üzrə xüsusi sessiyasını davam etdirəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 77-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak bildirib.

Sessiyada Kiyevə təzminat barədə qətnamə layihəsi təqdim olunacaq.

"11-ci növbədənkənar sessiya qətnamə layihəsi ilə bağlı qərarın qəbul ediləcəyi plenar iclasdan ibarətdir. Səsvermədən əvvəl və sonra izahat xarakterli çıxışlar olacaq", - Kubiyak bildirib.

Qeyd edək ki, xüsusi sessiyanın bərpası ilə bağlı Kanada, Qvatemala, Niderland və Ukraynanın daimi nümayəndələri noyabrın 7-də Baş Assambleyaya məktub göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]