40 milyondan çox amerikalı Konqres seçkilərində erkən səs verdi

8-11-2022, 09:13           
40 milyondan çox amerikalı Konqres seçkilərində erkən səs verdi
Konqres seçkilərində erkən səs verən amerikalıların sayı 40 milyon nəfəri keçib.

Erkən səsvermə seçki məntəqələrində və poçt vasitəsilə həyata keçirilib. Birinci üsulla 18 milyona yaxın insan, ikinci üsulla 22 milyona yaxın insan səs verib. Erkən səsvermə iştirakçılarının təxminən 45%-i demokratlar, 35%-i respublikaçılar, 20%-i müstəqil seçicilər olub.

Konqresə aralıq seçkiləri üçün əsas səsvermə günü 8 noyabr çərşənbə axşamıdır.

Qeyd edək ki, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı təxminən 151 milyon nəfərdir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]