ABŞ Prezidentinin müşaviri Kiyevə səfərə gəlib

5-11-2022, 08:54           
ABŞ Prezidentinin müşaviri Kiyevə səfərə gəlib
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu gün elan olunmamış səfərlə Ukraynaya gəlib. “Report” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ağ Ev rəsmisi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib.

Görüşlərdə müzakirə edilən mövzular, eləcə də səfərin digər təfərrüatları açıqlanmayıb.

ABŞ administrasiyası hələlik agentliyin dərc etdiyi məlumata rəsmi münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]