BMT-də Ukraynanı dəstəkləyən nazir işdən çıxarıldı

20-10-2022, 08:03           
BMT-də Ukraynanı dəstəkləyən nazir işdən çıxarıldı
Madaqaskar prezidenti Andriy Rajoelina ölkənin xarici işlər naziri Riçard Randriamandratonu vəzifəsindən azad edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, nazir Birləşmiş Millətlər Təşkilatında (BMT) qəbul edilən və Ukraynanın 4 vilayətinin ilhaqı üçün Rusiyanın təşkil etdiyi referendumları pisləyən qətnaməyə dəstək verdiyi üçün işdən çıxarılıb.

Ötən həftəyə qədər Madaqaskar Ukrayna böhranı ilə bağlı qətnamələrə dair səsvermələrdə həmişə bitərəf qalıb.

Qeyd edək ki, keçən həftə keçirilən səsvermədə bitərəf qalan 35 ölkədən 18-i Afrikada yerləşir. Rusiya, Belarus, Şimali Koreya, Suriya və Nikaraqua qətnamənin əleyhinə səs verib. Baş Assambleyanın 193 üzvündən 143-ü Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təsdiqləyən qətnamənin lehinə səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]