Asiyada CİDDİ TƏHLÜKƏ: nüvə zərbələri simulyasiya edilir
10-10-2022, 08:46
Şimali Koreyanın silsilə raket sınaqları Cənubi Koreyaya taktiki nüvə hücumunu simulyasiya etmək üçün həyata keçirilib.
Bu barədə Publika.az "Reuters"ə istinadən xəbər verir .
Pxenyan bildirib ki, təlimlər Cənubi Koreya və ABŞ donanmalarının genişmiqyaslı təlimlərindən sonra xəbərdarlıq kimi keçirilib.
Xatırladaq ki, KXDR-in təxribatları fonunda Amerikanın “USS Ronald Reagan” aviadaşıyıcısının iştirakı ilə Yaponiya dənizində hərbi təlimlər keçirilib .
Qeyd edək ki, Şimali Koreyanın atdığı raketlərdən birinin Yaponiyanın üzərindən uçmuşdu.