Daha bir ölkə Ukraynaya helikopter və ağır texnika GÖNDƏRİR

6-10-2022, 10:18           
Daha bir ölkə Ukraynaya helikopter və ağır texnika GÖNDƏRİR
Oktyabrın 5-də Çexiya hakimiyyəti Ukraynaya qısa lüləli və uzun lüləli silahlarla yanaşı, ağır texnika və sursatlardan ibarət əlavə hərbi yardım paketini təsdiqləyib.

Publika.az "Novinky"ə istinadla xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib.

Respublikanın Müdafiə Nazirliyinin rəhbəri təhlükəsizlik baxımından Ukraynanın konkret olaraq nə alacağı barədə ətraflı məlumat açıqlamayıb.

Jurnalistlər qeyd ediblər ki, sosial şəbəkələrdəki foto və videolar, eləcə də Kiyev və tərəfdaşların bəyanatları Çexiya hökumətinin artıq Ukraynaya helikopter, tank, silah və reaktiv yaylım atəşi sistemləri göndərdiyini nümayiş etdirir.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]