Saakaşvili məhkəmədə ifadə verməkdən imtina edib

5-10-2022, 09:54           
Saakaşvili məhkəmədə ifadə verməkdən imtina edib
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Tbilisidəki “Vivamed” özəl klinikasında sərhədi qanunsuz keçmə işi üzrə keçirilən məhkəmədə ifadə verməkdən imtina edib.

Bu barədə jurnalistlərə prokuror Levan Vepxvadze məlumat verib.

“Məhkəmə onun ifadə verib-vermədiyini soruşduqda, Mixail Saakaşvili belə cavab verib: “Mənim sizə deyəcək heç nəyim yoxdur”. Belə olan halda biz hesab edirik ki, Mixail Saakaşvili ifadə vermək istəmir”, - Vepxvadze bildirib.

Saakaşvilinin vəkilləri Gürcüstanın keçmiş liderinin xəstələndiyini və onun ifadə verə bilməyəcəyini iddia edirlər.

“Həkim deyib ki, Saakaşvilidə böhran əlamətləri var və indiki mərhələdə məhkəmə iclasının keçirilməsi mümkün deyil. Dinləmələrin təxirə salınmasına da səbəb bu idi, başqa heç nə”, - vəkil Şota Tutberidze jurnalistlərə məlumat verib.

Qeyd edək ki, növbəti məhkəmə iclası oktyabrın 19-na təyin edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]