İsveç Baltik dənizində qaz sızıntısı olan ərazini bağladı: Sualtı və suüstü nəqliyyat qadağan olundu

5-10-2022, 09:34           
İsveç Baltik dənizində qaz sızıntısı olan ərazini bağladı: Sualtı və suüstü nəqliyyat qadağan olundu
İsveç prokuroru qaz kəmərinin sızdığı bölgədə Baltik dənizi ərazisinin bağlanması barədə göstəriş verib.

Qaz sızması ilə bağlı araşdırmaya cavabdeh olan prokuror Mats Lyunqkvist təxribat şübhələrinə dair araşdırma çərçivəsində bu qərarı verib.

“İctimai marağın böyük olduğunu başa düşürəm, lakin biz ilkin araşdırmanın başlanğıcındayıq. Ona görə də hansı istintaq tədbirləri gördüyümüzlə bağlı təfərrüata girə bilmərəm”, - deyə prokuror Mats Lyunqkvist qeyd edib.

İsveç Sahil Mühafizəsi bəyan edib ki, gəmilərin, dalğıcların, balıqçı qayıqlarının və sualtı qayıqların İsveç sahillərindəki iki mənbəyə 9,3 kilometr (5,8 mil) radiusda yaxınlaşması qadağan edilir.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]