Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılığa gəlib

2-10-2022, 08:34           
Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılığa gəlib
Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə razılaşma əldə olunub.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Livan parlamentinin sədri Nəbih Berri Beyrutda ABŞ səfiri ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, saziş 2020-ci ildən etibarən ikitərəfli niyyət memorandumunda nəzərdə tutulduğu kimi Naqoura sərhəd-keçid məntəqəsində imzalanacaq.

Parlament sədri əlavə edib ki, bu addım dəniz şelfində yerləşən neft-qaz yataqlarına mülkiyyət hüququ ilə bağlı sərhəd mübahisəsinin həllinə kömək edəcək.

Qeyd edək ki, Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]