Rusiyada peyin atma yarışları keçirildi

13-07-2022, 11:24           
Rusiyada peyin atma yarışları keçirildi
Rusiyanın Perm diyarında “Şən İnək” adlı idman turniri keçirilib.

Yarışın tələblərinə görə, iştirakçılar disk formasındakı qurumuş inək peyinini mümkün qədər uzağa atmalıdırlar.

Qeyd edək ki, Krılov kəndindəki ənənəvi turnir COVID məhdudiyyətləri səbəbindən ötən il baş tutmayıb.

Builki yarışa bütün ətraf kəndlərdən 200-dən çox iştirakçı qatılıb.

Mənbə: sportssmi.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]