Son 30 ildə ilk dəfə: Deputatlar naziri geri göndərdi

6-03-2019, 15:40           
Son 30 ildə ilk dəfə: Deputatlar naziri geri göndərdi
Xəbər verdiyimiz kimi, bu gün Rusiya Dövlət Dumasında qalmaqal yaşanıb.

İqtisadi inkişaf naziri Maksim Oreşkinin çıxışı yarımçıq kəsilib və o, tribunadan qovulub.

Bu isə son 30 ildə ilk dəfə deputatların naziri dinləmək istəməməsi hadisəsi olub.

Cebhe.info xəbər verir ki, bunu liberal-demokratların lideri Vladimir Jirinovski deyib.

"Nazir hər şeyi bilməlidir, bu, öz sahəsində ilk səlahiyyəli şəxsdir, öz sahəsində hər şeyi bilməlidir",- deyə deputat vurğulayıb.

Xatırladaq ki, nazirin çıxışını Dumanın spikeri Vyaçeslav Volodin kəsib. O, ümumi fikirlərin söylənilməsinin əleyhinə çıxıb və naziri daha dəqiq ifadələrlə ölkənin iqtisadi durumu barədə məlumat verməyə çağırıb. İndiki halda nazirin deputatlar qarşısında çıxışa hazır olmadığı əsas gətirilib və Oreşkinin çıxışı yarımçıq kəsilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]