ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərdən imtina edib

3-03-2019, 07:59           
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərdən imtina edib
Cənubi Koreya və ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesini sürətləndirmək üçün birgə hərbi təlimləri dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renhap" agentliyinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, ABŞ və Cənubi Koreya hərbçiləri "Key Resolve" və "Foal Eagle" komanda-qərargah təlimlərindən imtina ediblər.

"Renhap" Koreyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu qərar ölkənin müdafiə naziri Çon Gyon Du ilə Birləşmiş Ştatların müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şanahan arasında telefon söhbəti zamanı qəbul olunub. Söhbət martın 2-də baş tutub.

Pentaqon "Key Resolve" və "Foal Eagle" birgə Amerika – Cənubi Koreya silsilə təlimlərinin dayandırıldığını təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]