Ermənistanın XİN rəhbəri ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

18-02-2019, 07:22           
Ermənistanın XİN rəhbəri ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Tərəfin görüşün gedişatında Slovakiya ilə Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub.

Daha əvvəl ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]