Saakyan atası azərbaycanlı olan generalı xüsusi nümayəndə təyin etdi... - FOTO

16-02-2019, 10:47           

Saakyan atası azərbaycanlı olan generalı xüsusi nümayəndə təyin etdi...Saakyan atası azərbaycanlı olan generalı xüsusi nümayəndə təyin etdi... - FOTO
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyan 2018-ci ilin iyununda istefa vermiş “rejimin keçmiş polis rəisi” sayılmış general-mayor Kamo Ağacanyanı özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri B.Saakyanın “aparatının mərkəzi informasiya şöbəsi”nə istinadla məlumat yayıb.


Xatırladaq ki, Moderator.az Paşinyanın İrəvanda hakmiyyətə gəlişindən sonra istefa vermiş “polis rəisi” Kamo Ağacanyanın azərbaycanlı qanı daşıması haqda informasiya verib (bax: http://www.moderator.az/news/228193.html).

Separatçı generalın atasının azərbaycanlı olması barədə məlumatı Kamo Ağacanyanla uşaqlıqdan, demək olar ki, eyni kənddə doğulmuş və eyni məktəbdə təhsil almış Qarabağ qazisi, Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiqə istinadla yaymışdıq.


Onu da qeyd edək ki, 2013-cü il martın 21-də Ermənistanın o vaxtkı prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]