ABŞ-ın sanksiyaları Venesuelanın neft ixracatında özünü göstərməyə başlayıb

13-02-2019, 17:01           
ABŞ-ın sanksiyaları Venesuelanın neft ixracatında özünü göstərməyə başlayıb
ABŞ-ın Venesuelanın PDVSA dövlət neft-qaz şirkətinə yanvar ayının sonundan tətbiq etdiyi sanksiyalar ölkənin neft ixracatının azalmasına səbəb olur.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) fevral ayına dair məruzəsində qeyd olunur.

“Sanksiyaların artıq PDVSA-nın neft ixracatını çətinləşdirdiyini yəqinliklə bilirik”, - sənəddə deyilir. Müəlliflər bu fikiri əsaslandıracaq konkret rəqəmlər gətirməyiblər.

Xatırladaq ki, yanvarın 29-da ABŞ-ın Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyaları tətbiq etdiklərini, lakin ABŞ şirkətlərinin əldə etdikləri gəliri Prezident Maduronun hökuməti üçün bağlı olan xüsusi hesablara köçürmək şərtilə sözügedən şirkətlə ticarətə davam edə biləcəklərini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]