Ukrayna parçalanır: Daha bir bölgə əldən çıxır

28-10-2018, 16:11           
Ukrayna parçalanır: Daha bir bölgə əldən çıxır
Ukrayna gələcəkdə Zakarpatye bölgəsinə nəzarəti itirə bilər.

Musavat.com xəbər verir ki, bu sözləri ölkənin Müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir müavini Georgi Tuka Ukraynanın “Obozrevatel” qəzetinə söyləyib.

“Ukraynanın müstəqillik əldə etdiyi ilk gündən 3 bölgə mərkəzi hakimiyyətə sadiq qalmaları şərtilə yerli elitaların əllərinə təslim edildi. Bu, Krım, Donetsk və Zakarpatye olub. İki ərazini biz faktiki olaraq itirdik, Zakarpatye hələ qalıb. Mərkəzi hakimiyyətin gücünün yetmədiyi bütün bölgələrdə nəzarət tamamilə əlimizdən çıxacaq”, - G.Tuka qeyd edib.

Georgi Tuka Zakarpatyeyə gözünü dikən Macarıstanın hazırda Rusiyapərəst mövqe tutduğunu bildirib. Onun fikrincə, Zakarpatye əhalisinə Macarıstan pasportlarının paylanması xüsusi hərbi əməliyyatdan başqa bir şey deyil. Ukraynalı nazir müavini bu situasiyanın ölkəsi üçün olduqca təhlükəli olduğunu ifadə edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında sosial şəbəkələrdə Zakarpatye bölgəsində yaşayan ukraynalı etnik macarlara pasportların paylanılması ilə bağlı video paylaşılıb. Ukrayna buna cavab olaraq Macarıstanın konsulunu ölkədən qovmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]