Səudiyyəyə silah satan ölkələr hansıdır? - Siyahıda Türkiyə də var

27-10-2018, 08:21           
Səudiyyəyə silah satan ölkələr hansıdır? - Siyahıda Türkiyə də var
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Səudiyyə Ərəbistanının ən çox silah aldığı ölkələrin siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 2015-2017-ci ilin rəqəmlərinə görə, Səudiyyənin ən çox silah aldığı ölkələr sırasında ABŞ liderdir. Ər-Riyadın Birləşmiş Ştatlardan 6 milyard 980 milyon dollar dəyərində silah aldığı məlum olub.

Almaniya Kansleri Angela Merkelin "Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət aydınlaşanadək Səudiyyə Ərəbistanına silah satılmaycaq" bəyanatından sonra Səduiyyə Ərəbistanına hansı ölkələrin silah ixrac etdiyinə dair sual aktuallaşıb. Sıralamada ikinci yerdə Birləşmiş Krallıq gəlir, Səudiyyə 2 milyard 29 milyon dollar həcmində silah alır. Siyahını təqdim edirik:

Fransa - 291 milyon dollar
İspaniya - 254 milyon dollar
İtalya - 226 milyon dollar
İsveçrə - 186 milyon dollar
Kanada - 129 milyon dollar
Almaniya - 120 milyon dollar
Türkiyə - 104 milyon dollar
Çin - 28 milyon dollar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]