Bakı zooparkı belə olacaq - Video

4-03-2020, 00:07           
Bakı zooparkı belə olacaq -
Bakı zooparkının yenidənqurma işləri başa çatandan sonrakı təsvirini əks etdirən şəkillər dərc olunub.

"ArchiCo" şirkəti tərəfindən həyata keçirilən yenidənqurma layihəsinə 2018-ci ildə İDEA ictimai birliyinin dəstəyi ilə başlanılıb.

Zooparkın yenidən qurulmasının təşəbbüskarı İDEA rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Ərazisi 2,25 hektardan 4,25 hektaradək genişləndiriləcək zooparkda əvvəlki darısqal qəfəslər daha genişləri ilə əvəzlənir. Burada saxlama şəraiti Avropa Heyvanxanalar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğunlaşdırılacaq. Bundan əlavə, heyvanxana ərazisində baytarlıq klinikası da fəaliyyət göstərəcək.

Burada balıqlar və amfibiyalar üçün yeni akvaterrarium da yaradılacaq.

Həmçinin azyaşlı uşaqlar üçün burada ev heyvanlarının saxlanıldığı guşə (Pet Farm) və Kəpənəklər Evi də fəaliyyətdə olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]