Səidə Sultanın prodüserinin qətlinin təfərrüatları: Dəhşətli görüntülər - Video

18-12-2019, 21:59           
Səidə Sultanın prodüserinin qətlinin təfərrüatları: Dəhşətli görüntülər - Video
Müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovun qətli ilə bağlı yeni detallar və dəhşətli görüntülər yayılıb.

Teref.az xəbər verir ki, ARB-yə məxsus olan kadrlarda qətl hadisəsinin təfərrüatları açıqlanıb.

Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Yusif Mirzəyev həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevə 18 il həbs cəzası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]