Türkiyə PA: Suriya rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə görüşməsi barədə iddialar əsassızdır

2-10-2026, 09:24           
Türkiyə PA: Suriya rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə görüşməsi barədə iddialar əsassızdır
Bəzi beynəlxalq media orqanlarında və sosial media platformalarında Suriya hökuməti rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) ev sahibliyi ilə görüşdüyünə dair yayılan iddialara münasibət bildirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bununla bağlı bəyanat yayıb.

Bəyanatda sözügedən iddiaların tamamilə əsassız olduğu bildirilib.

Qeyd olunub ki, paylaşımlarda görüşün tarixi, yeri və məzmunu, eləcə də tərəflər arasında təmaslarla bağlı irəli sürülən iddialar reallığı əks etdirmir, uydurma və spekulyativ xarakter daşıyır.

Qurum ictimaiyyətə yalnız rəsmi qurumların açıqlamalarına etibar etməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]