Görünür, bəzi qüvvələr borsa qalmaqalının üstünə Azərbaycan mövzusu səpib diqqəti başqa istiqamətə çevirməyə çalışırlar.

1-10-2026, 00:01           
Görünür, bəzi qüvvələr borsa qalmaqalının üstünə Azərbaycan mövzusu səpib diqqəti başqa istiqamətə çevirməyə çalışırlar.
Türkiyəlilər başörtüsünü gündəmə gətirib Azərbaycana dərs verməyə çalışırlar. Hətta yazırlar ki, guya başörtüsünə qadağa qoyan İlham Əliyev devrilməlidir.
Amma maraqlıdır: Türkiyədə başörtülü bir qadın nazirin də adının hallandığı iddia olunan borsa qalmaqalı gündəmdəykən, niyə birdən-birə Azərbaycanın məsələləri bu qədər “vacib” oldu?
Görünür, bəzi qüvvələr borsa qalmaqalının üstünə Azərbaycan mövzusu səpib diqqəti başqa istiqamətə çevirməyə çalışırlar. Köhnə üsuldur: öz evində problem çıxanda qonşunun pəncərəsini göstər.
Nə qədər mövzu dəyişsələr də, nə qədər Azərbaycanı gündəmə gətirsələr də, borsa qalmaqalının izi itmir. Əksinə, hər yeni cəhd həmin məsələyə daha çox diqqət çəkir.
Nushaba Shakarova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]