Türkiyə çrkli pulların yuyulmasından bəhs edən qanunsuz birja əməliyyatlarında yer alan və buna görə istefaya göndərilən AK Partiya sədri Ərdoğanın müavini, keçmiş Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın mal-mülkünə həbs qoyulub.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən sabiq nazir və onun əri İlyas Kayanın sərvətinin siyahısı hazırlanıb.
Məlumata əsasən, prokurorluq cütlüyün bütün aktivlərinin dondurulması ilə bağlı müvafiq qurumlara məktub göndərib.
Kaya isə açıqlama yayaraq xalqdaın üzr isəyib.
Xatırladaq ki, Kayanın AKP-dən istefa verməmişdən əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla dəflərlə görüşmək istədiyi, lakin rədd cavabı aldığı haqqında da xəbərlər yayılıb.