Türkiyədə 17 il əvvəlki helikopter faciəsində YENİ DÖNÜŞ: 36 nəfər həbs edildi

29-09-2026, 16:44           
Türkiyədə 17 il əvvəlki helikopter faciəsində YENİ DÖNÜŞ: 36 nəfər həbs edildi
Türkiyədə Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və onunla birlikdə olan şəxslərin həlak olduğu helikopter qəzası ilə bağlı istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 36-sı həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Türkiyə mətbuatı xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun məlumatına görə, FETÖ fəaliyyəti çərçivəsində qəsdən adam öldürmədə iştirak etdikləri və hadisənin araşdırılmasına mane olduqları iddia edilən 47 şübhəli barədə saxlanılma qərarı verilib.

Ankara mərkəzli olmaqla 16 vilayətdə 45 ünvanda əməliyyat keçirilib. Şübhəlilərdən 38-i saxlanılıb və məhkəməyə göndərilib.

Məhkəmə şübhəlilərdən 36-sının həbsinə qərar verib. İstintaqın davam etdiyi bildirilib.

Xatırladaq ki, 2009-cu ilin martında göyərtəsində Muhsin Yazıcıoğlunun da olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. BBP sədrinin və hadisə zamanı həlak olan digər beş nəfərin cəsədi faciədən 48 saat sonra tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]