"Kaşif Kozinoğlu işi" ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı

28-09-2026, 07:44           
"Kaşif Kozinoğlu işi" ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı yenidən açılan istintaq çərçivəsində daha əvvəl saxlanılan həbsxana həkimi Turgay Tamer Böyükçekmecədəki evində ölü tapılıb.

Məlumatı "Cumhuriyet" qəzeti yayıb.

Bir neçə günlük xarici səfərdə olduğu bildirilən Turgay Tamerin həyat yoldaşı dünən axşam evə qayıtdıqda ərini qonaq otağında hərəkətsiz vəziyyətdə tapıb.

Məlumat daxil olduqdan sonra ünvana qruplar göndərilib. Öldüyü müəyyən edilən Tamerin evdə aparılan ilkin müayinəsi zamanı şübhəli hala rast gəlinmədiyi bildirilib.

Tamerin meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibb Ekspertizası İdarəsinə göndərilib.

Şəkər xəstəsi olduğu bildirilən Tamerin ölüm səbəbi yarılmadan sonra dəqiqləşəcək.

Silivri Baş Prokurorluğunun məsələ ilə bağlı açıqlamasında sözügedən həkimin sağlamlıq problemlərinin olduğu bildirilib.

Xatırladaq ki, 2011-ci il noyabrın 12-də Silivri 1 saylı L tipli qapalı cəzaçəkmə müəssisəsində səhhəti pisləşən və xəstəxanaya aparılarkən yolda həyatını itirən sabiq MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılıb.

Turgay Tamer "Kozinoğlu işi" ilə bağlı istintaq çərçivəsində sentyabrın 10-da jandarma əməkdaşları tərəfindən saxlanılıb və dörd gün sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]