Türkiyəli jurnalist həbs edildi

27-09-2026, 09:18           
Türkiyəli jurnalist həbs edildi
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib.

TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsinin “yanıldıcı məlumatı açıq şəkildə yaymaq” ittihamı üzrə hüquqi prosedur başladılıb.

Məhkəmənin qərarı ilə A. Tarakcı barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sentyabrın 24-də Türkiyənin bəzi yerli media qurumlarında ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşəyin istefa verdiyinə dair məlumat paylaşılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]