"Səlib yürüşləri: Müqəddəs Torpaq uğrunda orta əsr müharibələri"

26-09-2026, 09:34           
"Səlib yürüşləri: Müqəddəs Torpaq uğrunda orta əsr müharibələri"
Hattin döyüşündə o qədər çox Latın əskəri əsir götürüldü ki, Suriya bazarları daşdı və kölələrin qiyməti üç qızıl dinara düşdü. Reynold de Şatillondan başqa, yalnız kilsə ordenlərindən olan döyüşçülər edam edildi. Bu ölümcül frank "təhrikçiləri" diri qalmaq üçün çox təhlükəli hesab edildi və onlar girov kimi yararsız idilər, çünki adətən onların azad edilməsi üçün fidyə tələb olunmurdu.

İmad əl-Din yazırdı: "Səlahəddin 6 iyulda yüz və ya iki yüz tampliyer və hospitalçıları onun hüzuruna gətirildikdə sevinclə kürsüsündə oturmuşdu. Yalnız bir neçə nəfər İslamı qəbul etmək təklifini qəbul etdi; qalanları isə zorakılıq hərəkətlərinə öyrəşməmiş bir qrup şagird və sufi... dindar adamlar və zahidlər tərəfindən qətl edildilər".
İmad əl-Din əsir götürülmüş səlibçilərin qırğın səhnəsini belə təsvir etmişdir: "Bəziləri səliqəli şəkildə qətl etdilər və buna görə təşəkkür aldılar; bəziləri imtina etdilər, qətl törədə bilmədilər və bağışlandılar; bəziləri özlərini axmaqcasına apardılar, digərləri isə onların yerini aldılar. Mən onların İslamı yaratmaq üçün küfrü necə öldürdüklərini və təkallahlığı qurmaq üçün çox allahlıları necə məhv etdiklərini gördüm."

Tomas Asbricin "Səlib yürüşləri: Müqəddəs Torpaq uğrunda orta əsr müharibələri" kitabından.
Böyük Çölün Köçəriləri
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]