Oğlunu ona qurban kəsmək istəyən adam... dar ağacında onun ayağının altından kətili vuran adam idi

24-09-2026, 11:34           
Oğlunu ona qurban kəsmək istəyən adam... dar ağacında onun ayağının altından kətili vuran adam idi
17 fevral 1959-cu ildə Türkiyənin Baş naziri Adnan Menderesin olduğu təyyarə Londonda qəzaya uğrayır.
Təyyarədə olan 21 nəfərdən cəmi 7 nəfər, o cümlədən Menderes sağ qalır. Menderes ölkədə coşğu ilə qarşılanır.
Birdən kütlə arasında bir əlində bıçaq, digər əlində isə bir uşaq tutmuş adam gözə görünür və kütləni yara-yara Menderesə tərəf gəlir. Menderesə çatanda kişi uşağı yerə uzadar, bıçağı onun boğazına dayayıb “Səni Allah bizə qaytardı, icazə ver mən də oğlumu sənin yolunda qurban kəsim” deyir.
Menderes və digərləri çaşqınlıq və qanı donmuş vəziyyətdə kişiyə baxır. Müdaxilədən sonra uşağı və kişini ərazidən uzaqlaşdırırlar.
Bu hadisədən düz 18 ay sonra, 17 sentyabr 1961-ci il.

Adnan Menderes 1960 çevrilişindən sonra rüşvətxorluqda ittiham edilərək edam edilir.
Edam kürsüsünə çıxır, kəndir boğazına keçirilir.
Onu həyatla ölüm arasında bağlayan stula zərbə endirilir və Menderes çırpına-çırpına can verir. Bütün proses 8 dəqiqə davam edir.
Menderesin ayaqları altından stulu itələyən kim idi, sizcə kim olardı? Bilməyənlər üçün deyim:
Menderesi qarşılayan zaman oğlunu qurban kəsmək istəyən şəxs, üsküdarlı Kamal Ayson idi..
Odur ki, yaltağa heç vaxt inanmayacaqsan!
Zakir Osmanov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]