Niyə Ağqoyunlu və Qaraqoyunlu?
23-09-2026, 08:34

1467-ci il noyabrın 11-də baş vermiş Səncəq döyüşü ərəfəsində Uzun Həsən öz qoşunlarına ağ köynək geyinməyi əmr etdi. Döyüşən tərəfin hər ikisi Türk-Oğuz boylarından olduğu və eyni tərzdə geyim geydikləri üçün döyüşçülər meydanda bir-birindən seçilmirdi. Cahan şahın döyüşçüləri ənənəvi olaraq hələ Qara Yusifin hakimiyyəti dövründən qara köynək geyinirdilər və bu onlar üçün elə çətinlik törətmirdi. (Tarixi mənbələrdə buna görə onun ordusunu bəzən “Qara ordu” da adlandırırlar.) Ancaq qarşı tərəfin döyüşçülərinin geyimi qarışıq olduğundan onlar bəzən səhvən özününkülərin vurduğu zərbənin qurbanı olurdular. Məlumdur ki, “qoyun” sözü dilimizdə iki mənada işlədilir. Xırdabuynuzlu ev heyvanının adı kimi və sinə (“Sinə” sözü farsmənşəlidir) mənasında. Yəni “ağsinəlilər və “qarasinəlilər”... Beləliklə Ağqoyunlu və Qaraqoyunlu ifadələri meydana gəlib və əcnəbi “tarixçilər” həqarətlə sözün birinci mənasını əsas götürüblər. Bu daha çox 19-20-ci əsrlərdə baş verib. Bu təhqiramiz ifadəni isə bizim tarixşünaslıq ya bilərəkdən, ya da bilməyərəkdən qəbul edib.
Füzuli Sabiroğlu

