Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

18-09-2026, 12:18           
Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər.

Bu barədə "T24" nəşri məlumat yayıb.

Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb.

Boğazındakı zəli səbəbindən xəstə qanlı öskürəkdən əziyyət çəkib, həmçinin rahat nəfəs ala və udquna bilməyib.

Qeyd olunub ki, zəlinin tənəffüs yollarına düşməsi xəstənin həyatı üçün təhlükə yarada bilərdi.

Cərrahlar ümumi anesteziya altında əməliyyat keçirərək zəlini çıxarıblar. Bir gün sonra həmin şəxs xəstəxanadan evə buraxılıb.

Xəstə həkimlərə bildirib ki, əməliyyatdan təxminən üç həftə əvvəl kənddəki bulaqdan su içib. Bundan sonra onda təngnəfəslik və udqunma zamanı ağrılar yaranmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]