"Sarayda olarkən mənə aydın oldu ki, Səfəvidə daha çox türkcə (Azərbaycan dilində) danışırlar."

19-09-2026, 11:14           
"Sarayda olarkən mənə aydın oldu ki, Səfəvidə daha çox türkcə (Azərbaycan dilində) danışırlar."
"Sarayda olarkən mənə aydın oldu ki, Səfəvidə daha çox türkcə (Azərbaycan dilində) danışırlar.Həqiqətən də türk dili Səfəvinin saray və böyüklərinin dilidir.Burada qarşılaşdığım qızılbaş atlılarının hamısı türkcə danışırdı və İsfahanda da eyni vəziyyət idi".
1617-ci ildə Səfəvi sərhədini keçən İtaliya səyyahı Pyerto della Vallenin yazdıqları.
"Səfəvi dövlətində qızılbaşların nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və orduda rəhbərlik onların əlindədir. I Şah Abbas da vaxtının çoxunu qulamlarla keçirir və onlarla türkcə danışır".
XVII əsr fransız səyyahı Jan Şardenin yazdıqlarından.
"Saray adamlarının dili türkcədir, burada üç dildən birində-türk, fars, ya da ərəb dilində danışırdılar. Saray əhli, hərbçilər, böyüklər türkcə danışır. Şah və sülalə üzvləri bütün əhalisin dili türkcə olan Azərbaycandandır".
XVII əsrdə Səfəvi sarayında olmuş fransız səyyahı Jan Batist Tavernyenin yazdıqları.
Səfəvi dövlətinə gəlmiş alman alimi Engelbert Kepfer isə bu məsələyə xüsusilə yer verərək yazırdı:
"Səfəvilər sülaləsinin ana dili olan türk dili Səfəvi sarayında geniş yayılmışdı. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışırdı. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs şah sarayında türkcə danışmalı idi".
Bu bilgilərdən aydın olur ki, Azərbaycan Səfəvi Türk dövləti öz türklüyünü yaranışdan süquta qədər saxlamış və daim Azərbaycan türkləri tərəfindən idarə olunmuşdur.
Zabil Bayramlı, Tarix elmləri doktoru, professor.
Səfəvilər Dövləti azərbaycanlıların qurduğu ən güclü dövlətlərdən biridir və bizim qürur mənbəyimizdir.
Azərbaycanlıların səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]