Şotlandiyalı səyyah John Bell'in yazdıqlarına əsasən Səfəvi hökmdarı Şah Sultan Hüseynin saray əyanları

19-09-2026, 10:04           
Şotlandiyalı səyyah John Bell'in yazdıqlarına əsasən Səfəvi hökmdarı Şah Sultan Hüseynin saray əyanları
Şotlandiyalı səyyah John Bell'in yazdıqlarına əsasən Səfəvi hökmdarı Şah Sultan Hüseynin saray əyanları:
1. Etimadəddövlə - Baş vəzir
2. Sipəhsalar - Baş sərkərdə
3. Qorçubaşı - 12,000 nəfərin komandiri
4. Qullarağası - Həbsxanaların direktoru (Bell böyük ehtimal bunu səhv başa düşüb, əslində qulam korpusunun komandiri idi)
5. Tüfəngçibaşı - Muşketyorların komandiri
6. Eşikağasıbaşı - Mərasimlərin təşkil edən şəxs
7. Divanbəyi - Baş hakim
8. Topçubaşı - Cəbbəxana komandiri (Bell bunu 11 ilə səhv salıb)
9. Vaqiənavis - Saray tarixçisi
10. Mirşikarbaşı - Ovçuların komandiri
11. Cəbbədarbaşı - Artilleriya komandiri (Bell bunu 8 ilə səhv salıb)
12. Miraxurbaşı Çilov - Atların rəhbəri
13. Miraxuryazıbaşı - Sahə atlarının rəhbəri (yazı - burda düzənlik deməkdir. Qarayazı sözündəki "yazı" kimi)
14. Xəlifə - Bell buna açıqlama verməyib amma yəqin ki, Sufi ordeninin rəhbəri deməkdir
15. [Müstövfi əl-] Məmalik - Dövlətin baş mühasibi (Bell sözün ilk hissəsini yazmayıb.)
16. [Müstövfi əl-] Xassə - Şahın torpaqlarının mühasibi
17. Nazir Dəftər - Şahın təsərrüfatının idarəçisi
18. Vəzir İsfahan - İsfahanın vəziri
19. Vəzir Qorçu - Qorçuların vəziri
20. Vəzir Qullar - Qulam korpusunun vəziri
21. Xəznədarbaşı - Dövlətin xəzinədarı
22. Kaliphar Kashkar (Qazıəsgər?) - Mülki işlər üzrə hakim (amma əslində hərbi işlərə baxırdı, Bell səhv edib)
23. Darğa Dəftər - Şəhərin hakimi (amma burda güman ki, dəftərxana darğası nəzərdə tutulub)
24. Sahib Töycü - Açıqlamasız (böyük ehtimal töycülərin idarəsi ilə məşğul olan müsahib)
25. Sachapt Narviss - Baş astroloq. Sözün orijinalı nədir bilmədim. Bəlkə Osmanlıdakı Münəccimbaşı ofisi kimi "Saatnavis" (ساعت‌نویس) vəzifəsi olub.
26. Həkimbaşı - Baş həkim
Şahı daim izləyənlər:
1. İbrahim Ağa - Baş xədim
2. Yüzbaşı - "Ağ xədimlər"in başçısı
3. Əhməd Ağa
4. Qılınc qorçusu
5. Tzatyn Basha - Bell bunu açıqlama olaraq "oxqabı daşıyan" kimi verir amma o 6-cıdır. Bu bəlkə də oxa aid başqa termindir.
6. Sadaq qorçusu - Bell buna "yay daşıyan" deyir amma sadaq əslində oxqabıdır.
7. Tüfəng qorçusu - tüfəng daşıyan
8. Cida qorçusu - nizə daşıyan
9. Qalxan qorçusu - qalxan daşıyan
Dini rəhbərlərin titulları:
1. Sədr-i Xassə
2. Sədr-i Məmalik
3. Fazil
4. Şeyxülislam
5. Qazı
6. Mollabaşı
7. Müdərris
8. Pişnamaz
9. Möhtəsibbaşı (bu şəxs əxlaqi məsələlərə nəzarət edirdi)
10. Müəzzinbaşı
Bu vəzifələrin hamısı daha detallı şəkildə Təzkirət əl-Mülk əsərində var amma mən sırf Şah Hüseyn dövrünə diqqət çəkmək istədim.
ŞƏKİL: Cornelis de Bruijn, 1705 (Süni intellektlə fotorealistikləşdirilmiş)
Cavid Ağa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]