TARİXİ DÜŞMƏNİNİ TANI! KEÇMİŞİNİ UNUTMA Kİ, TARİX TƏKRARLANMASIN! AMAZASP SRVANDZTYAN KİM İDİ?

18-09-2026, 17:54           
TARİXİ DÜŞMƏNİNİ TANI! KEÇMİŞİNİ UNUTMA Kİ, TARİX TƏKRARLANMASIN! AMAZASP SRVANDZTYAN KİM İDİ?
Amazasp — erməni daşnak silahlı dəstəsinin rəhbərlərindən biri idi. 1918-ci ilin mayında Bakı Sovetinin rəhbərliyi tərəfindən təxminən 2 min nəfərlik silahlı dəstə ilə Quba qəzasına göndərilmişdi.
Onun dəstəsində 4 top və 8 pulemyot vardı. Qubaya daxil olduqdan sonra şəhərdə və ətraf kəndlərdə qətllər, talanlar və dağıntılar törədildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində bu hadisələrlə bağlı çoxsaylı şahid ifadələri və istintaq materialları qorunub saxlanılır.
Amazasp sonradan Ermənistanda hərbi fəaliyyətini davam etdirdi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən həbs edildi və 1921-ci ildə İrəvan həbsxanasında bolşeviklər tərəfindən öldürüldü.
Azərbaycan türklərinə qarşı törədilmiş faciələrin arxasında duran şəxsləri, silahlı dəstələri və tarixi hadisələri bilməliyik.
Bu yazının məqsədi tarixi hadisələri sənədlər əsasında xatırlatmaq və unutdurmamaqdır.
Mənbə: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 1918-ci il Quba hadisələri ilə bağlı sənədləri və Fövqəladə Təhqiqat Komissiyasının istintaq materialları.
Tarixini bil, keçmişini unutma!
Pərviz Hüseynzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]