Binə qəsəbəsində sayğac vandalları - GİLEY

27-06-2018, 16:01           
Binə qəsəbəsində sayğac vandalları - GİLEY
Bakının Xəzər rayonu Binə qəsəbəsində qaz sayğaclarını kütləvi şəkildə sındırırlar. Qəsəbənin “Atçılıq” yaşayış massivində son bir həftə ərzində onlarla belə sayğacın qapağı qopardılıb.

Bu barədə virtualaz.org-a həmin qəsəbədə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, eyni vəziyyət bir neçə məhəllədə müşahidə olunur.

“Məhəllə boyu bir-bir bütün evlərin çöl tərəfdən divarına vurulmuş qaz sayğacları qopardılıb. Gündüz evdə oluruq, əgər o vaxt sındırılsaydı, görərdik. Çox güman ki, gecə sındırırlar. Kim qırır, nə məqsədlə qırır, bilmirik. Bəzi sakinlər zədədən qorumaq üçün sayğacları “skoç”la sarıyıblar, amma o da kömək eləmir”, - deyə II Sahə deyilən ərazidə yaşayan sakinlər bildirirlər.

Qəsəbənin məhəllədaxili yollarına gün ərzində PPX avtomobilləri nəzarət etsə də, onlar da hadisənin kim və ya kimlər tərəfindən törədildiyindən xəbərsizdirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]