Əvvəl Aərbaycandan Gürcüstana pul göndərrdilər, indi əks proses başlayıb, Gürcüstandan Azərbaycana göndərirlər

19-08-2026, 15:48           
Əvvəl Aərbaycandan Gürcüstana pul göndərrdilər,  indi əks proses başlayıb, Gürcüstandan Azərbaycana göndərirlər
Bu ilin yanvar-iyun aylarında fiziki şəxslərin Gürcüstandan xaricə pul köçürmələrdə birinci yeri Azərbaycan tutub – Gürcüstandan bizim ölkəmizə 2026-cı ilin ilk yarısında 36,5 mln. dollar pul köçürülüb. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqaisədə 75,3% çoxdur. Son 2-3 ildə Azərbaycandan Gürcüstana işləməyə gedənlərin sayı kəskin artıb – son 1,5 ildə Azərbyacandan 3000-ə yaxın əmək miqrantı Gürcüstanda rəsmi qeydiyyata düşüb.
Yaxşı, bəs Azərbaycandan Gürcüstana pul köçürmələrin vəziyyəti necədir:
• 2021-ci il: 60 milyon ABŞ dolları
• 2022-ci il: 51,3 milyon ABŞ dolları
• 2023-cü il: 45,0 milyon ABŞ dolları
• 2024-cü il: 40,2 milyon ABŞ dolları
• 2025-ci il: 26 milyon 244 min ABŞ dolları (illik müqayisədə 42% kəskin azalma)
Gürcüstandan avtomobil gətirilməsi xeyli azalıb – bu amil də fiziki şəxslərin Gürcüstana pul köçürmələrinin azalmasına təsir edir, amma, Gürcüstandan Azərbaycana pul köçürmələrin artımı sırf əmək miqrantları və Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumlarına göndərdiyi pulun miqdarının artması ilə əlaqədardır.
Gürcüstandakı vəziyyəti az-çox bilirəm, illərdir tendensiyaları görmüşəm, izləmişəm, cəmi 10 il əvvəl Azərbaycanda yaşayan, əslən Gürcüstandan olan soydaşlarımız öz qohumlarına, yaxınlarına həmişə pul göndərirdilər – indi əks proses başlayıb. Burdan ora işləməyə gedənlər artır, Gürcüstanda yaşayan soydaşlarımız daha çox varlandıqca, burdakı qohumlarına kömək etməyə başlayırlar. Belə…
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]