Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir (VİDEO)

18-08-2026, 11:48           
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir (VİDEO)
Lizinq şirkəti ilə vətəndaş arasında narazılıq yaranıb. "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Murad Qədimov iddia edir ki, taksi fəaliyyəti ilə bağlı "Xalq 11" lizinq şirkətindən 8 avtomobil alıb.

Şikayətçi deyir ki, 14 iyul 2025-ci il tarixində hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib. 10 gün sonra müqavilələr imzalanaraq təqdim edilib. Murad Qədimovun iddiasına əsasən, avqust ayının 5-i tarixinədək şirkətlə əlaqə saxlaya bilməyib.

Murad Qədimov ödənişlərdə gecikmələrin yarandığını bildirir. Buna səbəb isə avtomobillərin icarədə olması, icarəhaqlarını isə hər ayın 5-i tarixində aldığını deyir. O, bir neçə ay sonra maddi sıxıntısı yarandığı üçün avtomobillərdən 3 ədədini satmaq qərarı alıb.

Müsahibin sözlərinə görə, 2-3 ay ərzində yol vərəqləri verilmədiyindən, avtomobillər yol patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Murad Qasımovun iddiasına görə, onun xəbəri olmadan şirkət tərəfindən avtomobillər duracaqdan çıxarılıb və satışa qoyulub.

Vətəndaşın iddialarına cavab almaq üçün "Xalq 11" lizinq şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, onlara poçt vasitəsi ilə müraciət edək. Əlavə məlumat verilmədi.

Murad Qədimov məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edəcəyini bildirir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]