Nvidia SpaceX-də 21 milyard dollarlıq payını açıqladı

17-08-2026, 15:44           
Nvidia SpaceX-də 21 milyard dollarlıq payını açıqladı
“Nvidia” şirkəti “SpaceX”dəki payının dəyərinin ikinci rübün sonunda təxminən 21 milyard dollar olduğunu açıqlayıb.

Şşirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə İlon Maskın rəhbərlik etdiyi “SpaceX”in 122,8 milyon ədəd A sinif səhminə sahib olduğunu bildirib.

“SpaceX” iyun ayında birjaya çıxaraq rekord həcmdə ilkin kütləvi səhm təklifi (IPO) həyata keçirib. İyunun sonunda şirkətin səhmləri 170,86 dollardan ticarət olunub. Bu qiymət əsasında “Nvidia”nın “SpaceX”dəki payının dəyəri təxminən 21 milyard dollar olub.

Lakin “SpaceX” səhmlərinin qiyməti sonradan geriləyib. Avqustun 14-də şirkətin səhmləri 140 dollardan bağlanıb. Bu qiymət əsasında “Nvidia”nın payının hazırkı dəyəri təxminən 17,2 milyard dollar təşkil edir.

“SpaceX”dəki pay “Nvidia”nın ən böyük investisiyalarından biridir. Şirkətin “SpaceX”dəki payı “Intel”dəki investisiyasından sonra ikinci ən böyük mövqeyidir. “Nvidia”nın “Intel”dəki payının hazırkı dəyəri təxminən 22 milyard dollar təşkil edir.

“Nvidia”nın “SpaceX”dəki səhmləri şirkətin İlon Maskın “xAI” şirkətinə yatırdığı vəsaitlə əlaqəlidir. Məlumata görə, “Nvidia” yanvar ayında “xAI”nin 20 milyard dollarlıq maliyyələşmə raundunda 10 milyard dollar investisiya edib. “SpaceX” isə fevral ayında “xAI”ni 1,25 trilyon dollar dəyərində sövdələşmə ilə alıb.

FactSet məlumatlarına əsasən, “Nvidia” “SpaceX”in altıncı ən böyük investorudur. Şirkətdə ən böyük pay isə İlon Maska məxsusdur.

İnvestisiya ilə yanaşı, “Nvidia” və “SpaceX” arasında texnoloji əməkdaşlıq da genişlənir. İlon Mask bildirib ki, “SpaceX” süni intellekt üzrə məlumat mərkəzlərində yalnız “Nvidia” çiplərindən istifadə edəcək.

Mask “Nvidia”nın qrafik prosessorlarının süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün ən yaxşı arxitekturaya malik olduğunu bildirib. O, həmçinin “SpaceX”in gələn il “Nvidia”nın yeni nəsil “Vera Rubin” GPU-larından əhəmiyyətli həcmdə əldə edəcəyini gözlədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]