Azərbaycanda yaşa görə müavinət arta bilər VİDEO

15-10-2025, 16:44           
Azərbaycanda yaşa görə müavinət arta bilər VİDEO
Yaşa görə verilən müavinət artırıla bilər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda sayca 5-ci sosial paket icra olunub və bu 3 milyon insanı əhatə edib.

Sözügedən şəxslərin əməkhaqları, pensiyaları və müavinətləri artırılıb. Yaşa görə verilən müavinətin məbləği isə dəyişməyib. Amma bununla bağlı artıq artıq təkliflər hazırlanıb.

Millət vəkili bildirib ki, hazırda yaşa görə müavinətin məbləği 220 manatdır.

Qeyd edək ki, yaşa görə müavinətin məbləğinin 15 faiz artırılması təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]