RƏSMİ ETİRAF: Azərbaycanda əhalinin borc yükü davamlı olaraq artır - BELƏ DAVAM EDƏRSƏ...

6-10-2025, 08:17           
RƏSMİ ETİRAF: Azərbaycanda əhalinin borc yükü davamlı olaraq artır - BELƏ DAVAM EDƏRSƏ...
Ötən il Azərbaycanda əhalinin borc yükü artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “2025-ci ilin I yarımili üzrə Maliyyə Sabitliyi” adlı hesabatda yer alıb.
Bildirilir ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 18,5% olub.
Məlumat üçün bildirək ki, borc yükü əhalinin kredit təşkilatları (bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin cəmi məbləğini göstərir. Sərəncamda qalan gəlir isə insanın maaşından (gəlirindən) vergi, sosial sığorta və digər məcburi kəsintilər çıxıldıqdan sonra əlində qalan puldur. Yəni, sərəncamda qalan gəlir xərcləyə biləcəyi real məbləği göstərir.
Qeyd edək ki, son 5 ildə əhalinin borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti davamlı olaraq artır.
Əhalinin borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti son 5 ildə aşağıdakı kimi olub:
2020-ci il – 11,5%
2021-ci il – 13,9%
2022-ci il – 14,5%
2023-cü il – 15,8%
2024-cü il – 18%
2025-ci ilin ilk yarısı – 18,5%












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]