Valideynlərə xəbər etmədən sinfi bağladılar - Paytaxt məktəbində NARAZILIQ VİDEO

19-09-2025, 17:14           
Valideynlərə xəbər etmədən sinfi bağladılar -
Elektron sistem vasitəsilə övladlarını I sinfə qeydiyyatdan keçirən valideynlər uşağı dərsə gətirəndə həmin sinfin ləğv olunduğunu görüblər.

TEREF-in Xəzər TV-yə istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

226 saylı məktəbin I sinfində təhsil alacaq şagirdlərin valideynlərinin iddiasına görə, ilk dərs günü övladlarının qeydiyyatdan keçdiyi sinfin bağlandığını öyrəniblər və şagirdlər məktəbin digər siniflərinə yönləndiriliblər.

Valideynlər bildirirlər ki, övladları hazırlıq qrupunda Sevinc Əliyevanın sinfində oxuduğundan, birinci sinif üçün qeydiyyatdan keçərkən məhz həmin müəlliməni seçiblər.

Məsələ ilə bağlı 226 saylı məktəbdən bildirilib ki, 1B sinfində şagird sayı digər sinfə nisbətən az olsa da, həmin sinfin müəlliminin sertifikasiya imtahanında topladığı bal daha yüksək olub. Bu səbəbdən 1C sinfi bağlanıb və şagirdlər digər siniflərə yerləşdirilib. Valideynlər məktəbə dəvət olunub, onlarla müvafiq söhbət aparılıb və məsələnin mahiyyəti izah edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]