Qızıl bazarında BAHALAŞMA: Çeşid çoxdur, qiymət isə yüksək

16-12-2024, 16:43           
Qızıl bazarında BAHALAŞMA: Çeşid çoxdur, qiymət isə yüksək
Yeni il ərəfəsində qızıl-zinət əşyalarının qiymətində bahalaşma müşahidə edilir. Bahalaşmanı alıcılar da, satıcılar da təsdiq edirlər.

Xezerxeber.az məlumat verir ki, paytaxtın qızıl bazarında çeşid çoxdur, qiymət isə bahadır.

Satıcılar son günlər qızılın qiymətində artım olduğunu deyir və bayram ərəfəsində bazarda durğunluq yaşandığını bildirirlər.

Ekspertlər isə hesab edirlər ki, Azərbaycan qızıla olan tələbi daha çox idxal hesabına ödəyir və qızıl İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Mütəmadi olaraq dünya qızıl bazarında bahalaşma müşahidə edilir. Elə buna görə də Azərbaycan qızıl bazarında da qiymət artımları olur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]