FED rəsmisi: “FED uçot dərəcələrini daha da artırmalı ola bilər”

7-08-2023, 11:38           
FED rəsmisi:
FED-in idarə heyəti üzvlərindən biri Mişel Bouman daha çox faiz artımına ehtiyac ola biləcəyinə işarə edib.

İndex.az xəbər verir ki, Koloradoda “Kanzas Bankçılar Assosiasiyası”nın təşkil etdiyi tədbirdə danışan FED idarə heyətinin üzvü Mişel Bouman bildirib ki, ABŞ mərkəzi bankı qiymət sabitliyini tam təmin etmək üçün uçot dərəcələrini daha da artırmalı ola bilər:

“İnflyasiyanın FED-in 2% hədəfinə doğru getməsi üçün çox güman ki, əlavə faiz artımlarına ehtiyac olacaq”.

Bouman FED-in keçən ayki iclasında da faiz artırma qərarını dəstəklədiyini bildirib.

O vaxtdan bəri açıqlanan məlumatlar qiymət artımının yavaşladığını göstərsə də, Bouman inflyasiyanın davamlı azalmasına dair daha çox sübut görmək istədiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]